Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Ermənistandan Azərbaycana nə vaxt məhsul ixrac olunacaq? - Papoyan DANIŞDI
dünya

Ermənistandan Azərbaycana nə vaxt məhsul ixrac olunacaq? - Papoyan DANIŞDI

06-02-2026 12:00 34 Просмотров
IMG

 Azərbaycandan Ermənistana  iki məhsul  (benzin və dizel yanacağı) idxal edilib, lakin Ermənistan mənşəli məhsullar hələ ixrac olunmayıb. 


Tvit.az xəbər verir ki, mmümkün ixracatın baş tutmaması ilə bağlı suala Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan cavab verib.

 

“Səbəblər müxtəlifdir. Başlayaq ondan ki, bazarlar bir-birinə kifayət qədər tanış deyil. Mənim fikrimcə, bunun üçün zaman lazımdır və bu, daha çox özəl sektorun səlahiyyət sahəsinə aid olan bir prosesdir. Dövlət isə yalnız siyasi razılaşmalar vasitəsilə şərait yaradır”, — deyə Papoyan bildirib.

 

Gevorq Papoyan bildirib ki, bununla belə, tərəflər bir-birinə geniş məhsul siyahıları təqdim ediblər.

 

O həmçinin qeyd edib ki, Azərbaycanla ticarət bir neçə ildən sonra, “Tramp dəhlizi”nin işə salınmasından sonra aktivləşəcək.

 

Aysel Şirinova, 

Tvit.az