Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Azərbaycanda halı pisləşən professor qəfil öldü
turizm

Azərbaycanda halı pisləşən professor qəfil öldü

04-02-2026 21:00 16 Просмотров
IMG

Gəncə Dövlət Universitetinin (GDU) Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev vəfat edib.

 

Tvit.az "Teleqraf"a istinadən xəbər verir ki, mərhumun səhhəti anidən ağırlaşıb və o dünyasını dəyişib.

 

Məlumat üçün bildirək ki, O.Rzayev 1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2008- 2012-ci ilə kimi Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru işləyib, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olub. 2023-cü ildən GDU-nun Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyirdi.


Mərhum 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı, 10 may 2016-cı ildə Elm və Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunub.