Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya ABŞ-İran danışıqlarında gərginliyin azaldılması üçün addımlar gözləyir - XİN
dünya

Rusiya ABŞ-İran danışıqlarında gərginliyin azaldılması üçün addımlar gözləyir - XİN

04-02-2026 16:00 13 Просмотров
IMG

Rusiya tərəfi gözləyir ki, 6 fevralda İran və ABŞ nümayəndələri arasında aparılacaq danışıqlar zamanı tərəflər ölkələr arasında münasibətləri yumşaltmaq üçün addımlar ata biləcəklər.

 

Tvit.az xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən keçirilən brifinqdə bildirilib.

 

"Biz həmişə siyasi və diplomatik səviyyədə həll tapmağa sadiq olmuşuq və hələ də sadiq qalırıq. Xüsusilə, ümid edirik ki, 6 fevral cümə günü planlaşdırılan görüşdə İran və ABŞ-ın yüksək səviyyəli nümayəndələri mövcud vəziyyətdən çıxmaq üçün addımlar atacaqlar ki, bu da daha da gərginliyin qarşısını alacaq," - deyə o bildirib. 

 

Aysel Şirinova