BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan-ın Yaponiyaya dövlət səfəri təxirə salınıb.
Tvit.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Minoru Kihara məlumat yayıb.
"BƏƏ hökuməti regiondakı vəziyyətə görə səfəri təxirə salmağa məcbur olduqlarını bildirdi," , - deyə bildirilib.
Eyni zamanda, Yaponiya Nazirlər Kabinetinin Baş Katibi ölkələrin gələcəkdə səfərin yeni tarixlərində razılığa gələcəyini vurğulayıb. Baş katib həmçinin BƏƏ ilə geniş sahələrdə əməkdaşlığı inkişaf etdirməyə davam etməyi planlaşdırdıqlarını deyib.
Aysel Şirinova