Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu
sosial

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

02-02-2026 22:00 14 Просмотров
IMG

Avropa Birliyi qaz təchizatında şəffaflığı artırmaq üçün qaydaları sərtləşdirir.

 

Tvit.az Musavat.com-a istinadla xəbər verir ki, AB-nin yeni EU/261/2026 reqlamentinə əsasən, Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarına daxil olan qazın Rusiya mənşəli olmadığını rəsmi sənədlərlə sübut etmək məcburiyyəti tətbiq olunur.

 

Yeni mexanizmə görə, mənşə təsdiqi qaz AB ərazisinə daxil olmamışdan əvvəl, sərhəd məntəqələrində aparılacaq. Xüsusilə Bolqarıstanda yerləşən Strandzha 1 kimi giriş nöqtələrində sənədlər yoxlanılacaq. Məqsəd Rusiya qazına qarşı tətbiq edilən embarqonun dolayı yollarla aşılmasının qarşısını tam almaqdır.

 

AB rəsmiləri bildirirlər ki, yeni reqlament təchizat zəncirində izlənəbilənliyi gücləndirəcək, üçüncü ölkələr üzərindən mümkün “rebrendinq” risklərini azaldacaq və enerji bazarında qaydalara əməl olunmasını təmin edəcək. Qaydaların icrası ilə nəzarət prosedurlarının daha sistemli və sərt aparılacağı vurğulanır.