Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Sumqayıtda "Qazel" yandı - VİDEO
turizm

Sumqayıtda "Qazel" yandı - VİDEO

02-02-2026 17:00 31 Просмотров
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Tvit.az" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "Qazel” markalı yük avtomobilinin yük hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yük hissəsinə yığılmış taxta materialları yanıb.

Avtomobil yanğından mühafizə olunub.