Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Məmurun əri videosuna görə üzr istədi
sosial

Məmurun əri videosuna görə üzr istədi

19-01-2026 16:00 29 Просмотров
IMG

İçkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov üzr istəyib.

 

“Tvit.az” xəbər verir ki, o bu barədə açıqlama yayıb.

 

“Hər kəsdən üzr istəyirəm. Namaz qılıb oruc tutmasam da, həmişə Allaha inanmışam. Mənəvi dəyərlərə hörmət edirəm. İşlətdiyim ifadələr spirtli içkinin təsiri altında olub. Din əhlindən üzr istəyirəm”, - deyə o söyləyib.

 

Qeyd edək ki, H.Eyvazovun eyni zamanda Füzuli RİH-də sürücü işlədiyi deyilsə də, qurumdan onun uzun müddətdir RİH-də çalışmadığı bildirilib. İcra başçısının ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova isə həyat yoldaşının gündəm olan videosundan sonra işdən ayrılmaq üçün ərizə yazıb.