Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Kinematoqrafiya sahəsinə yeni anlayışlar gətirilir
sosial

Kinematoqrafiya sahəsinə yeni anlayışlar gətirilir

19-01-2026 13:00 15 Просмотров
IMG

Kinematoqrafiya sahəsində bir sıra yeni anlayışlar müəyyənləşdiriləcək.

"Tvit.az" xəbər verir ki, bununla bağlı "Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təklif olunur.

Bildirilib ki, aşağıdakı yeni anlayışların qanuna əlavə edilməsi hüquqi qeyri-müəyyənliyi aradan qaldıracaq, normanın tətbiqində vahid yanaşmanı təmin edəcək:

milli film - xarici film hesab edilməyən və bu qanunda göstərilən tələblərə cavab verən film;

xarici film - bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən film;

birgə istehsal filmi - yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film;

film istehsalı - film çəkilişinə hazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanması mərhələlərini özündə əhatə edən proses;

film çəkilişinə hazırlıq - filmin ideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarisinin yazılması və film çəkilişi məqsədilə digər inzibati və texniki məsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses;

film çəkilişi - filmin bilavasitə kinolentə və ya digər daşıyıcıya çəkilişini təmin edən fəaliyyətləri əhatə edən proses;

filmin çəkilişinin tamamlanması - çəkilmiş kadrların redaktəsini, filmin vizual, səs və rəng işləmələrini, effekt, titr və qrafik tərtibatını əhatə edən proses;

yerli prodüser - Azərbaycan Respublikasının vətəndaşı və ya qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxs olan prodüser;

xarici prodüser - əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser.