Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
СПОРТ

"Qarabağ" qələbə qazandı

16-01-2026 14:00 22 Просмотров
IMG

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama oyununda da qələbə qazanıb.

"Tvit.az"ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Xorvatiya təmsilçisi "Osiyek"i üstələyib.

Qarşılaşma Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə bitib. "Köhlən atlar"ın qollarını 49-cu dəqiqə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurublar.

"Qarabağ" bu gün, saat 19:00-da Polşanın "Zaqlembe" komandası ilə də yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın "Neftçi" klubunu beş cavabsız qolla üstələyib.