Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycan "Avroviziya 2026"nın ikinci yarımfinalında çıxış edəcək
sosial

Azərbaycan "Avroviziya 2026"nın ikinci yarımfinalında çıxış edəcək

12-01-2026 23:00 30 Просмотров
IMG

Azərbaycan "Avroviziya 2026" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında püşkatamaya əsasən siyahı dərc olunub.

 

İkinci yarımfinal mərhələsində Azərbaycanla yanaşı, Ermənistan, Bolqarıstan, Çexiya, Lüksemburq, Rumıniya, İsveçrə, Albaniya, Avstraliya, Kipr, Danimarka, Latviya, Malta, Norveç və Ukrayna çıxış edəcək.


İştirakçı ölkələrin hansı nömrə altında çıxış edəcəyi isə yaxın günlərdə məlum olacaq.

 

Hazırda ölkəmizi təmsil edəcək ifaçı və mahnının seçimi davam edir. Seçim zamanı əsas üstünlük mahnının beynəlxalq səviyyədə yaradacağı təsirə və səhnə şousunun gücünə veriləcək. Yaxın vaxtlarda Azərbaycanın mahnısı və təmsilçisinin adı açıqlanacaq.

 

Qeyd edək ki, "Avroviziya 2026" mahnı müsabiqəsi bu il Vyanada keçiriləcək. Bu ilki yarışmada 35 ölkə iştirak edəcək.