Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycana ixrac edilə biləcək malların siyahısını açıqlayıb.
Tvit.az xəbər verir ki, nazir bunu "Factor.am"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bakı və İrəvan Ermənistandan Azərbaycana alüminium folqa, onun istehsalı üçün xammal, ferromolibden, tekstil və digər məhsulların tədarükü imkanları barədə danışıqlar aparır.