Azərbaycan Dillər Universitetində 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası keçirilir. Sessiya ADU-nun rektoru akad. Kamal Abdullayevin 16 dekabr 2025-ci il 137 №-li əmrinə əsasən 29 dekabr 2025-ci il tarixindən başlayaraq 5 həftə müddətinə əyani formada təşkil olunur.
Tvit.az xəbər verir ki, imtahanlar dörd növbədə (bakalavriat səviyyəsi üzrə imtahanlar saat 09:00-17:00-dək, magistratura səviyyəsi üzrə imtahanlar saat 18:00-20:00-dək) təşkil olunur.
Sessiya ərzində bakalavriat səviyyəsində 531 qrup üzrə 7000-ə qədər, magistratura səviyyəsində isə 49 ixtisaslaşma üzrə 655 tələbə imtahan verəcək.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.