Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda bu il sahibkarlara 3,3 milyard manat güzəşt tətbiq ediləcək
sosial

Azərbaycanda bu il sahibkarlara 3,3 milyard manat güzəşt tətbiq ediləcək

05-01-2026 16:00 66 Просмотров
IMG

Azərbaycanda bu il sahibkarlıq fəaliyyətinə 3,3 milyard manat güzəşt tətbiq edələcək.

Tvit.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bundan başqa, 2026-cı ildə qeyri-sahibkarlıq fəaliyyətinə 12 milyon manat güzəşt tətbiq olunacaq.

İl ərzində həmçinin qeyri-kommersiya fəaliyyətinə 436,5 milyon manat, qrant, humanitar və texniki yardıma 33,4 milyon manat, xüsusi iqtisadi zonalar və Ələt Azad İqtisadi Zonasına 4,7 milyon manat, beynəlxalq müqavilələrə 1,4 milyard manat, maliyyə xidmətləri və dövlət maliyyə institutlarının fəaliyyətinə 598,4 milyon manat, sosial baxımdan həssas əhali qrupuna 674,9 milyon manat azadolma tətbiq ediləcək.