Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Heç kim zəif və parçalanmış Avropanı ciddi qəbul etməyəcək - Tusk
dünya

Heç kim zəif və parçalanmış Avropanı ciddi qəbul etməyəcək - Tusk

05-01-2026 13:00 47 Просмотров
IMG

Avropa zəif və parçalanmış olarsa, hətta müttəfiqlər də onu ciddi qəbul etməyəcək. 

Tvit.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bəyan edib.

 

“Zəif və parçalanmış Avropanı nə düşmənlər, nə də müttəfiqlər ciddi qəbul edəcək. Bu, artıq indi aydındır. Biz nəhayət öz gücümüzə inanmalıyıq, silahlanmanı davam etdirməliyik, hər zamankından daha çox birlikdə qalmalıyıq. Biri hamı üçün, hamı biri üçün. Əks halda, sonumuz gələr”, – deyə Tusk X platformasında yazıb.

 

Beləliklə, Polşanın baş naziri ABŞ-nin beynəlxalq arenadakı son addımlarına yəni Venesuelaya endirilən zərbəyə, eləcə də ABŞ prezidenti Donald Trampın Vaşinqtonun ərazi iddiaları ilə bağlı, o cümlədən Danimarkanın tərkibinə daxil olan Qrenlandiyaya dair bəyanatlarına bu cür reaksiya verib.

 

Aysel Şirinova