İran Məclisi (birpalatalı parlament) hökumətin təqdim etdiyi düzəlişlərdən sonra gələn il üçün yeni büdcə layihəsini təsdiqləyib.
Tvit.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata əsasən, İran parlamentinin açıq iclası zamanı yeni layihənin qəbulunun lehinə 171 deputat, əleyhinə 69 parlament üzvü səs verib, 6 nəfər isə bitərəf qalıb.
Yenilənmiş sənəddə dövlət qulluqçularının maaşlarının 20 faiz artırılması deyil, bunun əvəzinə onların mərhələli şəkildə 43 faizə qədər artırılması planlaşdırılır. Dəyişikliklər əlavə dəyər vergisinə də aiddir: 12 faiz əvəzinə 10 faiz təsdiqlənib. Eyni zamanda, əhali üçün prioritet hesab olunan bir sıra sahələrdə subsidiyalar artırılıb.
Aysel Şirinova