İsrailə milyardlarla dollarlıq silah satışının qarşısını alan qanun layihəsi gələn həftə ABŞ-da səsə qoyulacaq.
Tvit.az ABŞ mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ senatoru Bernie Sanders X sosial hesabında deyib.
“Gələn həftə mən İsrailə bəzi hücum silahlarının satışını əngəlləmək üçün Senata bir sıra Birgə Təsdiqləmə Qətnamələri təqdim edəcəyəm”,- deyə senator vurğulayıb.
Elmin Alışov