Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Buz bağlayan yolda avtomobil aşdı - VİDEO
turizm

Buz bağlayan yolda avtomobil aşdı - VİDEO

03-01-2026 16:00 47 Просмотров
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən  "Tvit.az"a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması səbəbindən “TOYOTA” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşdığı və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaşların xilas olunması təmin edilib.