Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
turizm

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

02-01-2026 20:00 12 Просмотров
IMG

Şəkidə minik avtomobilləri toqquşub, üç nəfər xəsarət alıb.

 

Tvit.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şəki şəhəri ərazisində baş verib.

 

Hərəkətdə olan “Opel” və “Hunday” markalı minik avtomobillərinin toqquşması zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Xəsarət alanlar “Opel”in sürücü Murad İmaməliyev, onun avtomobilində olan sərnişinlər 37 yaşlı Pərviz Əhmədov və 45 yaşlı Rəşad Məmmədovdur. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

 

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.