Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Hövsanda quyuya yıxılan şəxs xilas edilib
turizm

Hövsanda quyuya yıxılan şəxs xilas edilib

31-12-2025 21:00 22 Просмотров
IMG

Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində quyuya yıxılan şəxs xilas edilib.


Bu barədə Tvit.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.


FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Yarıyev Qılıçxan Cəfər oğlu dərinliyi təqribən 5 metr olan quyuya yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

 

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə Q.Yarıyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.