Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İsrailin Somalilandı tanımaq qərarı qəbuledilməzdir - Ərdoğan
dünya

İsrailin Somalilandı tanımaq qərarı qəbuledilməzdir - Ərdoğan

30-12-2025 20:00 17 Просмотров
IMG

İsrailin Somalilandı tanımaq qərarı onun Afrika Buynuzu bölgəsində sabitliyi pozmaq istəyini nümayiş etdirir.

 

Tvit.az xəbər verir ki, bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Somalinin ərazi bütövlüyünün istənilən şəraitdə qorunması bizim üçün prioritet məsələdir. İsrailin Somalilendi tanımaq qərarı qanunsuz və qəbuledilməzdir. Əllərində 71 min fələstinli qardaşımızın qanı olan İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti Qəzza, Livan, Yəmən, İran, Qətər və Suriyaya hücumlardan sonra indi də Afrika Buynuzunu qeyri-sabitliyə sürükləməyə çalışır”, – deyə Ərdoğan Türkiyədə səfərdə olan Somali Prezidenti Həsən Şeyx Mahmudla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

 

Aysel Şirinova