Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Bəqayi: İran –ABŞ rabitə kanalı bağlanmayıb
dünya

Bəqayi: İran –ABŞ rabitə kanalı bağlanmayıb

29-12-2025 19:00 23 Просмотров
IMG

İran və ABŞ arasında ənənəvi rəsmi əlaqə kanalı mövcuddur və bu, İsveçrədəki ABŞ Maraqlarının Müdafiəsi Ofisi və Vaşinqtondakı İran Maraqlarının Müdafiəsi Ofisi vasitəsilə həyata keçirilir. 


Tvit.az xəbər verir ki, bunu İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.


Bəqayi qeyd edib ki, Əraqçı ilə ABŞ-nin xüsusi nümayəndəsi arasında baş tutan əlaqə də məhz bu kanal üzərindən qurulub.


O əlavə edib ki, Əraqçının demək istədiyi məsələ hazırda yeni əlaqəyə ehtiyac olmamasıdır və bu, rabitə kanalının bağlanması anlamına gəlmir. 


Elmin Alışov