Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Beynəlxalq axtarışda olan daha bir nəfər Azərbaycana gətirildi
sosial

Beynəlxalq axtarışda olan daha bir nəfər Azərbaycana gətirildi

25-12-2025 17:00 26 Просмотров
IMG

Baş Prokurorluğun vəsatəti əsasında Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Herayev Ramazan Məhəməliyeviçin ekstradisiyası haqqında qərar qəbul olunub.

"Tvit.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ramazan Herayevin külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Ramazan Herayev Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.