Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Birlik" klubunun parakarateçiləri Azərbaycan çempionu olublar
СПОРТ

"Birlik" klubunun parakarateçiləri Azərbaycan çempionu olublar

19-12-2025 15:00 23 Просмотров
IMG

"Birlik" Karate Klubunun iki parakarateçisi Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə gənclər və böyüklər arasında keçirilən Azərbaycan çempionatının qalibi olublar.

 

Tvit.az xəbər verir ki, K21 kateqoriyasında mübarizə aparan Ercan Aslan bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb.

 

Qadınlar arasında U-21 yaş kateqoriyasında isə Gülay Orucova (61 kq) yarışı qalib kimi başa vurub.

 

Hər iki idmançı Azərbaycan millisinin heyətinə seçilərək, qarşıdan gələn Avropa çempionatında iştirak hüququ əldə ediblər.

 

Qeyd edək ki, Ercan Aslanla Gülay Orucova Azərbaycan çempionatına məşqçi Sənan Cəfərovun rəhbərliyi altında hazırlaşıblar.