Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək
sosial

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15-12-2025 17:00 35 Просмотров
IMG

Azərbaycanda daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək.

Tvit.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə keçirilən "İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair" müşavirədə deyib.

Onun sözlərinə görə, son aylarda aparılan təhlillər nəticəsində ilkin dializ kateterinin qoyulması xidmətinin yalnız məhdud sayda müəssisədə mövcud olduğu müəyyən edilib və görülən tədbirlər nəticəsində hazırda bu xidmət 9 tibb müəssisəsində tətbiq olunmağa başlanılıb:

"Növbəti mərhələdə daha 5 müəssisədə də bu xidmətin təşkili planlaşdırılır. Bundan əlavə, son 7 ay ərzində 30-a yaxın müəssisədə ehtiyat qan tədarükü otaqları yaradılıb".

Report