Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial 838 hektardan çox ərazi minalardan təmizlənib
sosial

838 hektardan çox ərazi minalardan təmizlənib

15-12-2025 12:00 24 Просмотров
IMG

Azad olunan ərazilərdə dekabrın 8-dən 14-nə qədər 18 tank əleyhinə mina, 42 piyada əleyhinə mina, 683 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Tvit.az" xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 838.2 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.