Yaponiyanın Aomori prefekturasının Misava sahillərində dünən baş verən 7,5 bal gücündə zəlzələdə 34 nəfər yaralanıb.
Tvit.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Zəlzələ nəticəsində boruların zədələnməsi səbəbindən təxminən 1360 evin susuz qaldığı açıqlanıb.
Yaponiya Meteorologiya Agentliyi xəbərdarlıq edib ki, yaxın günlərdə oxşar və ya daha böyük zəlzələlər baş verə bilər.
Elmin Alışov