Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Kələm bol, alıcı isə yox - Fermerlər çarəsizdir (VİDEO)
sosial

Kələm bol, alıcı isə yox - Fermerlər çarəsizdir (VİDEO)

09-12-2025 10:00 38 Просмотров
IMG

Məhsul bol, keyfiyyət yüksək, alıcı isə yox.

"Tvit.az" Xəzər Tv-yə istinadən xəbər verir ki, Bərdədən olan fermerlər deyirlər ki, bu il kələm əkini onları xərcə salıb.

Bərdə rayonunda qış əkini zamanı ən çox becərilən sahələrdən biri də kələmdir. Bir neçə il öncəyə qədər qış əkinindən yüksək gəlir əldə edən fermerlər indi becərdikləri məhsulu nə sahədən yığa, nə də yığdıqları məhsulu sata bilirlər. Əldə edilən gəlir isə çəkilən xərcdən 3 dəfə azdır.

Xarab olmaması üçün sahələrdən toplanan məhsullar isə yük maşınlarına və qoşqulara yığılsa da, alıcısı yoxdur.

Fermerlər onu da iddia etdilər ki, məhsullarını nəinki paytaxta, heç qonşu rayonların bazarlarına da çıxarıla bilmirlər. Yalnız rayon bazarında satışı həyata keçirilir ki, orada da məhsul olduqca aşağı qiymətə satılır.