Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda bu tarixdə torpaq hərracları keçiriləcək
sosial

Azərbaycanda bu tarixdə torpaq hərracları keçiriləcək

05-12-2025 19:00 15 Просмотров
IMG

Yanvarın 7-də Azərbaycanın müxtəlif regionlarında torpaq hərracları keçiriləcək.

 

Tvit.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) məlumat verilib.


Hərraclar Dövlət Xidmətinin Abşeron, Salyan, Saatlı, Neftçala, Sabirabad, Ağdaş, Yevlax, Kürdəmir, Şəmkir, Qusar, Quba, Şabran, Beyləqan, Cəlilabad, Masallı, Ağsu, Şəki, Qax və Zaqatala ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 47 torpaq sahəsi çıxarılacaq.

 

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.