Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycanla Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub
siyasət

Azərbaycanla Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub

11-11-2024 20:00 48 Просмотров
IMG

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 11-də Butan Krallığının Baş naziri Tserinq Tobqay ilə görüşüb.

 

Bu barədə Tvit.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un iqlim dəyişikliklərinə qarşı beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

 

Azərbaycan ilə Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub.