Qərb ölkələri ənənəvi olaraq Rusiyanı aqressivlikdə ittiham edirlər, lakin həmin dövlətlər özləri problemləri təzyiq və güc yolu ilə həll etməyə çalışırlar.
Tvit.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Onlar bizi hansısa aqressivlikdə ittiham edirlər – bunu onilliklərdir davam etdirirlər”, – deyə Putin əlavə edib.
O, bildirib ki, Qərb ölkələri hər bir məsələni hansısa təzyiq və hansısa güc vasitəsilə ya hərbi, ya siyasi, ya da iqtisadi güclə həll etməyə cəhd göstərirlər.
“Bu, beynəlxalq münasibətlərdə gücdən istifadə etməkdir – məsələ bundan ibarətdir”, – Rusiya dövlət başçısı yekunlaşdırıb.
Aysel Şirinova