İtaliya hökumət ilin sonunadək Ukraynaya, o cümlədən hərbi xarakterli yardımın davam etdirilməsi barədə fərman qəbul edəcək.
Tvit.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
"Fərman qəbul olunacaq. Bildiyiniz kimi, əvvəlki fərmanın müddəti 31 dekabrda bitir. Bu vaxta qədər hələ Nazirlər Şurasının iclaslarımız olacaq, ilin sonunadək prioritet məsələləri bölüşdürürük. Fərman lazımdır, lakin bu, bizim sülhə qarşı işlədiyimiz demək deyil’, - deyə Meloni bildirib.
Aysel Şirinova