Qazaxıstan və Avropa İttifaqı Brüsseldə viza rejiminin sadələşdirilməsi üzrə danışıqların birinci mərhələsini keçirib.
Tvit.az Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, məsləhətləşmələr 2026-cı ildə Astanada davam etdiriləcək.
"Müzakirə konstruktiv və işgüzar şəraitdə keçib. Tərəflər fikir mübadiləsi aparıb, ilkin təlimatlar barədə razılığa gəliblər və gələcək işlərin istiqamətlərini müəyyən ediblər. Danışıqlar hər iki tərəfin ardıcıl irəliləyiş, səyahətləri asanlaşdıracaq, insanlar arasında təmasları gücləndirəcək və əməkdaşlığı daha da genişləndirəcək müasir hüquqi bazanın yaradılması öhdəliyini təsdiqləyib", - məlumatda deyilir.
Bildirilib ki, danışıqlarda Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakayev və Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğunun baş direktorunun müavini Yohannes Luçner iştirak ediblər.
Aysel Şirinova