Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda bir vəkilə xəbərdarlıq edildi - Digəri cərimələndi
sosial

Azərbaycanda bir vəkilə xəbərdarlıq edildi - Digəri cərimələndi

03-12-2025 14:00 10 Просмотров
IMG

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib, bir vəkilə xəbərdarlıq tətbiq edilib, biri isə cərimələnib.

Bu barədə "Tvit.az"a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq bir vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, bəzi vəkillərin vəkil kabinetinin yaradılması və digər vəkil qurumlarına keçməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri intizam pozuntularına görə 3 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb, 1 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.