Pakistanın Bəluçistan əyalətindəki Çaqi bölgəsində ordunun böyük sərhəd qüvvələri bazasına qarşı kütləvi və çoxmərhələli hücum həyata keçirilib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hücum bazanın girişində quraşdırılan bombanın partlaması ilə başlayıb. Daha sonra silahlılar hərbi obyektə girərək bir neçə nəfəri güllələyiblər.
Hadisə nəticəsində bir zabitin öldüyü, daha bir neçə nəfərin də yaralandığı açıqlanıb.
Elmin Alışov