Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakı metrosunun 9 ayda sərnişindaşımadan əldə etdiyi gəlir açıqlanıb
sosial

Bakı metrosunun 9 ayda sərnişindaşımadan əldə etdiyi gəlir açıqlanıb

02-12-2025 14:00 54 Просмотров
IMG

Bu ilin yanvar-sentyabr aylarında "Bakı Metropoliteni" QSC sərnişin daşımalarından 78 milyon 871 min manat gəlir əldə edib.

Dövlət Statistika Komitəsindən Tvit.az-a verilən məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,8 % çoxdur.

Hesabat dövründə Bakı metrosunun xidmətlərindən 162 milyon 575,8 min nəfər (-2,4 %) istifadə edib.

"Bakı Metropoliteni" 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir.