Venesuela prezidenti Nikolas Maduro öz hərbi hava qüvvələrinə ABŞ-ın mümkün hücumuna hazır olmağı tapşırıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bu gün Venesuelada xalqımızı qorxudan heç bir təhdid və ya təcavüz yoxdur. Bu xalq Bolivarın liderliyində sakitcə vətənini, torpaqlarını, dənizlərini, səmalarını, tarixini müdafiə etməyə hazırlaşıb”,- deyə Maduro bildirib.
Elmin Alışov