Mark Zukerberqin rəhbərlik etdiyi Meta şirkəti ABŞ-da elektrik ticarəti aparmaq üçün rəsmi müraciət edib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bu addımı artan süni intellekt (AI) məlumat mərkəzlərinin enerji tələbatını qarşılamaq və əlavə enerjidən gəlir əldə etmək məqsədilə atıb.
Meta uzunmüddətli yenilənə bilən enerji razılaşmaları əldə etməyi planlaşdırır. İstehsal olunan enerji əvvəlcə şirkətin öz sistemlərində istifadə olunacaq. Tələbatdan artıq qalan hissə isə enerji bazarında satılaraq şirkətə əlavə gəlir gətirəcək.