Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan Pakistana başsağlığı verdi
siyasət

Azərbaycan Pakistana başsağlığı verdi

09-11-2024 17:00 61 Просмотров
IMG

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən terror aktında həlak olanlarla bağlı baş sağlığı verib.

"Tvit.az" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşılıb.

"Bu gün Pakistanın Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir.