"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
Bu barədə "Tvit.az"a ADY-dən məlumat verilib.
Bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.
"Sərnişinlərimizi platformalarda hərəkət edərkən, dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırırıq", - ADY-nin məlumatında deyilir.