Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklər aradan qaldırılır
sosial

Yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklər aradan qaldırılır

05-11-2025 13:00 24 Views
IMG

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

Bu barədə "Tvit.az"a ADY-dən məlumat verilib.

Bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.

"Sərnişinlərimizi platformalarda hərəkət edərkən, dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırırıq", - ADY-nin məlumatında deyilir.