ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukrayna münaqişəsinə son qoymaq planını müzakirə etməyə başlayıb.
Tvit.az bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, plan cəbhə xəttinin dondurulmasını nəzərdə tutur və bu xətt boyunca demilitarizasiya zonası yaradılmalıdır. Hazırda onun təhlükəsizliyini kimin təmin edəcəyi məlum deyil.
Elmin Alışov