Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu il biz Havanadakı səfirliyimizi bağlamaq və diplomatik əlaqələrimizin səviyyəsini azaltmaq qərarına gəldik," - nazirlik Telegram kanalında yaydığı mesajda bildirib.
Kuba Xarici İşlər Nazirliyi bildirib ki, Havana ölkənin Ukraynadakı hərbi münaqişədə iştirakı ilə bağlı yalan ittihamları rədd edir.