Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukrayna bu ölkədəki səfirliyini bağlayır
dünya

Ukrayna bu ölkədəki səfirliyini bağlayır

29-10-2025 22:00 16 Views
IMG
Ukrayna Havanadakı səfirliyini bağlayır və Kuba ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salır.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu il biz Havanadakı səfirliyimizi bağlamaq və diplomatik əlaqələrimizin səviyyəsini azaltmaq qərarına gəldik," - nazirlik Telegram kanalında yaydığı mesajda bildirib.

Kuba Xarici İşlər Nazirliyi bildirib ki, Havana ölkənin Ukraynadakı hərbi münaqişədə iştirakı ilə bağlı yalan ittihamları rədd edir.