Ukrayna Prezidenti Volodimir Zelenski qərb ölkələrinin rəsmiləri ilə atəşkəs planını müzakirə etmək üçün görüş keçirəcəyini açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“Bu, müharibənin sonu üçün plan deyil. Əvvəlcə atəşkəs təmin edilməlidir (...) Bu plan diplomatiyaya başlamaq üçündür,” – deyə Ukrayna lideri bildirib.
Onun sözlərinə görə, Ukrayna və Kiyevin qərb tərəfdaşlarının nümayəndələri planın detalları ilə bağlı cümə və ya şənbə günü görüşəcəklər.
Aysel Şirinova