Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Zelenski atəşkəsin müzakirəsi üçün görüşü elan etdi
dünya

Zelenski atəşkəsin müzakirəsi üçün görüşü elan etdi

28-10-2025 19:00 19 Views
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski qərb ölkələrinin rəsmiləri ilə atəşkəs planını müzakirə etmək üçün görüş keçirəcəyini açıqlayıb.

Tvit.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Bu, müharibənin sonu üçün plan deyil. Əvvəlcə atəşkəs təmin edilməlidir (...) Bu plan diplomatiyaya başlamaq üçündür,” – deyə Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, Ukrayna və Kiyevin qərb tərəfdaşlarının nümayəndələri planın detalları ilə bağlı cümə və ya şənbə günü görüşəcəklər.

Aysel Şirinova