Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ “Yuventus" baş məşqçisini istefaya göndərdi
СПОРТ

“Yuventus" baş məşqçisini istefaya göndərdi

27-10-2025 18:00 19 Просмотров
IMG

"Yuventus" rəhbərliyi son uğursuz nəticələrdən sonra əsas komandanın baş məşqçisi İqor Tudoru istefaya göndərib.

 

Tvit.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Turin klubu rəsmi məlumat yayıb.

 

47 yaşlı mütəxəssis 2025-ci il martın 23-dən "Yuve"yə rəhbərlik edirdi. İyunun 13-də Turin klubu xorvatiyalı ilə müqaviləni 2027-ci ilin iyunun sonuna qədər uzadıb və ona daha bir mövsüm üçün də seçim etmək imkanı verib.

 

Komanda onun rəhbərliyi altında keçirdiyi 24 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib və 6 məğlubiyyətlə üzləşib.

 

"Yuventus"u müvəqqəti olaraq komandanın gənclərdən ibarət komandasının məşqçisi Massimo Brambilla çalışdıracaq.

 

Xatırladaq ki, bu mövsüm A Seriyasında səkkiz turdan sonra "Qoca sinyora" 12 xal toplayıb və 8-cı sıradadır.