Bir sıra mediada yayılan "Azercell" əməkdaşını iş başında elektrik cərəyanı vurdu" başlıqlı xəbərlə bağlı bildiririk ki, həmin məlumat gerçək vəziyyəti tam əks etdirmir.
Tvit.az şirkətə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şəxs "Azercell Telekom" MMC-nin deyil, şirkətə xidmət göstərən podratçı təşkilatın əməkdaşıdır.
"Azercell" hadisə baş verdiyi andan məsələni diqqət mərkəzinə alıb, aidiyyəti qurumlarla birgə araşdırmaların aparılması və xəsarət alan şəxsin vəziyyəti ilə bağlı dəstəyin göstərilməsi istiqamətində zəruri tədbirlər görüb.
Qeyd olunur ki, şirkət insan təhlükəsizliyini hər zaman əsas prioritet hesab edir və əmək, eləcə də texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına xüsusi diqqət yetirir.