Bakı şəhəri Qala qəsəbəsində süni göldən bir nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub.
Bu barədə "Tvit.az"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.