Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi
turizm

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

20-10-2025 14:00 19 Просмотров
IMG

İşğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində 2025-ci il 20 oktyabr tarixində mina hadisəsi baş verib.

Bu barədə "Tvit.az"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

"Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir", - deyə məlumatda qeyd edilib.