Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Taksilərlə bağlı yeni qərar bu tarixdən qüvvəyə minəcək
sosial

Taksilərlə bağlı yeni qərar bu tarixdən qüvvəyə minəcək

17-10-2025 21:00 36 Просмотров
IMG

Qanunvericiliyin tələblərinə müvafiq olaraq taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətin tətbiqi ilə əlaqədar 60 gün öncədən məlumat verilməlidir.


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Tvit.az-a bildirilib ki, qeyd ediləni, eləcə də icazələrin verilməsinə kvotanın tətbiq edilməsi haqqında qərarın 1 noyabr tarixindən qüvvəyə minməsini nəzərə alaraq taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 2025-ci il 31 dekabr tarixinə kimi davam edəcək.

 

“Növbəti illərdə istehsal tarixindən 15 il ötmüş avtomobillərin taksi fəaliyyəti üçün istifadəsi mümkün olmayacaq. Bunu nəzərə alaraq, köhnə nəqliyyat vasitələrinin, xüsusən də istehsal tarixi 2011-ci olan avtomobillərin verilmiş müddət ərzində yenilənməsi tövsiyə olunur. Qeyd etmək istərdik ki, kvotanın tətbiqindən sonra qiymətlərin artacağı, sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı yayılan məlumatlar yalnışdır. Hazırda taksi fəaliyyəti üçün 35 min aktiv icazə mövcuddur. Gün ərzində isə bunlardan yalnız 22 – 23 min taksi minik avtomobili xidmətə çıxır. Yəni, kvotanın 25 min təyin edilməsi bazara təsir etməyəcək və taksi çatışmazlığı baş verməyəcək. Əksinə, peşakar əmək və xidmət bazarı formalaşacaq və əhaliyə göstərilən taksi xidmətinin keyfiyyəti daha da yüksələcək.

 

Kvotanın tətbiqindən sonra sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı məsələyə aydınlıq gətirərək bildiririk ki, limit sürücülərin deyil, nəqliyyat vasitələrinin sayına tətbiq edilir, yəni bu addım iş yerlərinin sayına təsir göstərməyəcək. Hazırda taksi daşımalarında sürücülərə kifayət qədər tələbat mövcuddur. Taksi fəaliyyəti göstərən sürücülərin təlimləri və hazırlıq işləri davam etdirilir. Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna bilər və bu, taksi daşımalarında iş və istirahət rejiminə riayət olunmasına töhfə verəcək”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilib.